TQDK "facebook" istifadəçilərinə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK "facebook" istifadəçilərinə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası facebook istifadəçilərinə müraciət edib.

Publika.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, TQDK adı ilə bir çox saxta səhifə və qruplar fəaliyyət göstərir və həmin səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də Komissiyanın fəaliyyətinə dair təhrif olunmuş, yanlış məlumatlar yerləşdirilir.


Nəzərinizə çatdırıq ki, TQDK-nın bundan başqa heç bir rəsmi facebook səhifəsi fəaliyyət göstərmir. Yalnız bizim səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta facebbok səhifələrindən istifadə etməyəsiniz. Həmin saxta səhifələrin bir çoxunun adlarını sizə təqdim edirik:

1. TQDK sualları
2. TQDK tipli suallar
3. TQDK və magistratura
4. Araz, Zirvə, Hədəf və TQDK sualları
5.Test tapşırıqları-TQDK
6.Təhsil TQDK
7. TQDK və abituriyent
8. TQDK kitabları
9. TQDK tarix
10.Məntiq və TQDK
11. TQDK Azərbaycan
12. TQDK 2014 və 2015
13. TQDK-Bilik qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm