Qırmızı.az
“...Üç azərbaycanlı hələ azdır, inşallah yüz üç olmalıdır”
Paşa Məmmədov:
“Mənim fəaliyyətim Ukraynada yaşayan
azərbaycanlıların başını daha da uca etməkdən ibarət
olacaq”
Xəbər verildiyi kimi bugünlərdə Ukraynanın yeni hökumətində üç
soydaşımıza yüksək vəzifə verilib. Onlardan biri olan Paşa
İlisuyskiy (Məmmədov) Ukrayna Xarici İşlər Nazirliyinin Radasına
təyinat alıb. Qeyd edək ki, o, XİN-in Radasında yer alan yeganə
azərbaycanlıdır. Diaspor Jurnalistləri Birliyi P. Məmmədovun
müsahibəsini təqdim edir.
- Əvvəla, yeni vəzifənizlə bağlı sizi təbrik edirik.
Öncə özünüz haqda məlumat vermənizi xahiş edirik.
- Mən dörd təhsilimdən iksini Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında almışam. 2003-cü ildən
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu
İdarəsində müxtəlif vəzifələrdə, o cümlədən nazirliyin Həmkarlar
İttifaqının sədr müavini və Azərbaycanın Dubayda konsulu
vəzifələrində çalışmışam. Diplomatik fəaliyyətim zamanı Azərbaycan
dövləti tərəfindən bir sıra təltiflərə layiq görülmüş, eyni zamanda
GUAM və Bakı Enerji sammitlərinin, İslam Konfransının 33
sessiyasının və Azərbaycan Respublikası Prezidentinin 2003 və
2008-ci illərdə inauqurasiya mərasiminin yüksək səviyyədə təşkilinə
görə xüsusi təşəkkürnaməyə layiq görülmüşəm. Azərbaycan
Respublikasının səfirlikləri və dövlət qurumlarının istifadə etdiyi
“Azərbaycanın dövlət rəmzləri və atributları” ləvazimatının
müəllifi olmuşam.
- Yeni vəzifənizdə Azərbaycan-Ukrayna əlaqələrinin
inkişafı istiqamətində hansı planlarınız var?
- Mən peşəkar diplomat kimi qeyd etmək istərdim ki, Azərbaycanla
Ukrayna arasında əlaqələr çox yüksək səviyyədədir.
Ukrayna-Azərbaycan münasibətlərinin dərin tarixi var. Dövlətlərimiz
müstəqillik qazandıqdan sonra, bu əlaqələr günbəgün daha da inkişaf
edib. Ukraynanın çətin vaxtlarında Azərbaycanın dəstəyi hiss
olunub. Hələ ötən əsrin doxsanıncı illərinin ortalarında Ukraynada
yanacaq böhranı baş verəndə, ulu öndər Heydər Əliyevin qərarı ilə
Ukraynaya kömək göstərilməsi nəticəsində, Ukrayna baş verə biləcək
iqtisadi böhranı adladı. Builki siyasi dəyişikliklərdən sonra,
burada siyasi böhran baş vermiş və bunun nəticəsində ölkədə məlum
olan proseslər yer almışdır. Ukraynanın belə bir çətin vəziyyətində
bu ölkədə yaşayan azərbaycanlıların Ukraynanın milli maraqları
çərçivəsində çıxış etməsi və Azərbaycan dövlətinin beynəlxalq
təşkilatlarda Ukraynanı dəstəkləməsi bu münasibətlərin hansı
səviyyədə olmasının real təzahürüdür. Mənim də fəaliyyətim bu
əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəmi vermək və
Ukraynada yaşayan azərbaycanlıların başını daha da uca etməkdən
ibarət olacaq.
- Ukraynada gözlənilmədən üç azərbaycanlının irəli
çəkilməsi nə ilə bağlıdır?
- Üç azərbaycanlı hələ azdır, inşallah yüz üç olmalıdır. Ukraynanın
çətin vəziyyətində bu ölkədə, əsasən də şərq vilayətlərində yaşayan
soydaşlarımızın Ukrayna xalqına sadiq mövqedən çıxış etməsi,
Azərbaycan dövlətinin Ukrayna ilə bağlı tutduğu mövqe, Ukrayna və
Rusiya arasında baş vermiş siyasi anlaşılmazlıqla bağlı apardığı
incə və düşünülmüş siyasət nəticəsində, bu ölkədə yaşayan
azərbaycanlıların nüfuzu yüksək bir zirvəyə çıxdı. Belə bir
vəziyyətdə Ukraynada vəzifələrə gətirilmiş hər bir azərbaycanlı,
Ukraynada yaşayan soydaşlarımızın tutduğu mövqe və Azərbaycan
dövlətinin yürütdüyü xarici siyasətə borcludurlar. Şəxsən mən,
Ukraynada yaşayan hər bir azərbaycanlıya öz dərin minnətdarlığımı
və təşəkkürümü bildirirəm.
- Ukraynada Azərbaycan diasporunun gücü və mövqeyi hansı
səviyyədədir?
- Ukraynada azərbaycanlıların ümumukrayna və regional miqyasda bir
çox cəmiyyəti fəaliyyət göstərir. Hər biri öz ətrafında cəmləşmiş
soydaşlarımızı və bir-birilərini yüksək səviyyədə dəstəkləyirlər.
Mən bu dəstəyi ictimai fəaliyyətimdə atdığım ilk addımlar zamanı
hiss etdim. Təbii ki, bizim diasporumuzun nə qədər güclü olmasından
asılı olmayaraq, mən bir azərbaycanlı kimi onun daha da güclü və
nüfuzlu olmasını arzulayıram. Bizim diasporumuzun gücü, Ukraynada
yaşayan hər bir azərbaycanlının gücüdür. Diasporumuzun güclü və
nüfuzlu olması Ukraynada yaşayan hər bir azərbaycanlının
fəallığından və diaspor təşkilatları ətrafında sıx birləşməsindən
asılıdır. Bizim diaspor təşkilatlarının, yəni bizim güc və
mövqeyimizi keçiriləcək regional və ümumukrayna seçkilərində əldə
olunacaq nailiyyətlər göstərəcək. Bu nailiyyətlərin yüksək
səviyyədə olması və baş verəcək seçkilərin nəticələrinin ürəyimizcə
olması üçün biz hamımız bütün gücümüzü və imkanlarımızı səfərbər
etməliyik. Artıq, “Kim nə edəcək?” sualını yox, “Mən ümumi məqsəd
üçün nəyə qadir ola bilərəm?” sualını hər birimiz özümüzə
verməliyik. Hər şey yalnız bizim fəallığımız və birliyimizdən
asılıdır.
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO