Qırmızı.az
Bərdədə müharibə əlilləri və şəhid ailələrinə ev verildi
İyunun 13-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bərdə rayonunda inşa olunmuş 4 mərtəbəli 36 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.
Publika.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi
məlumata görə, mənzillərin təqdim olunması mərasimində əmək və
əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilk növbədə yeni
mənzil alan əlil və şəhid ailələrini qarşıdan gələn 15 İyun-Milli
Qurtuluş günü, eyni zamanda yeni mənzil almaları münasibətilə
təbrik edərək, onlara xoş arzularını çatdırıb: "Milli Qurtuluş günü
xalqımız, dövlətimiz üçün böyük məna kəsb edən, qürurverici bir
bayramdır. 1993-cü ilin iyununda Ümummilli liderimiz Heydər
Əliyevin xalqın çağırışı ilə yenidən respublikamızın rəhbərliyinə
qayıdışı Azərbaycanı o zaman məruz qaldığı olduqca ağır
vəziyyətdən, yenicə qazanılmış dövlət müstəqilliyini itirmək
təhlükəsindən, vətəndaş qırğınından, xaos və anarxiyadan xilas
etdi. Bu tarixi qayıdış Azərbaycanın müqəddəratını tənəzzüldən
tərəqqiyə doğru dəyişdi və ölkəni uzunmüddətli inkişaf yoluna
səfərbər etdi". S.Müslümov 1993-2003-cü illərdə Ulu öndərimizin
müstəqil dövlət quruculuğu və sosial-iqtisadi inkişaf
strategiyasından söz açaraq bildirib ki, müharibə əlilləri və şəhid
ailələrinin dövlət hesabına mənzillərlə, habelə əlilliyi olan
şəxslərin minik avtomobilləri ilə təminatı işlərinin də məhz həmin
illərdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulub.
Son 10 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ümumən
sosial sahəyə davamlı diqqət və qayğısından bəhs edən nazir
indiyədək 5 minə qədər əlil və şəhid ailəsinin mənzillə, 4500-ə
yaxın əlilliyi olan şəxsin avtomobillə təmin edildiyini diqqətə
çatdırıb: "Cənab Prezidentin 23 dekabr 2013-cü il tarixli
Sərəncamına əsasən, bu ilin əvvəlinədək növbədə olan Qarabağ
müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə təminatı başa
çatdırıldı. Artıq biz möhtərəm dövlət başçımızın 30 aprel 2014-cü
il tarixli Sərəncamının icrası olaraq, yaxın vaxtlarda bu ilin
əvvəlinədək növbədə olan Böyük Vətən müharibəsi əlilləri və onlara
bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin
edilməsinə başlayacağıq".
S.Müslümov mənzillə təminat sahəsində də həyata keçirilən
tədbirlərdən bəhs edib: "Bu il aprelin 25-də Ağdam rayonunda 6
mərtəbəli 54 mənzilli yaşayış evi əlil və şəhid ailələrinə təqdim
edilib, bu gün isə Bərdədə mənzillər verilir. İlin sonunadək
Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni
çoxmənzilli yaşayış evlərini əlil və şəhid ailələrinin istifadəsinə
verəcəyik. Bununla yanaşı, 2014-cü il üçün Dövlət İnvestisiya
Proqramı üzrə ayrılmış müvafiq vəsait hesabına Bakı şəhəri və ətraf
qəsəbələrdə yeni tikilmiş binalardan əlil və şəhid ailələri üçün
yeni mənzillərin satın alınması ilə əlaqədar nazirliyimiz
tərəfindən açıq tenderin keçirilməsinə başlanıb. Yəni bu sahədə də
həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mühüm
irəliləyişlərin təmin olunması nəzərdə tutulur".
Əlil və şəhid ailələri Milli Qurtuluş Günü ərəfəsində mənzillə təmin olunmalarının onların bayram sevinclərini ikiqat artırdığını vurğulayaraq, sosial cəhətdən həssas əhali təbəqələrinin rifah halının yaxşılaşdırılmasına daim xüsusi diqqət və qayğı göstərdiyinə görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək