• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Polis şöbəsinin yeni inzibati binası istifadəyə verildi - FOTOLAR

Polis şöbəsinin yeni inzibati binası istifadəyə verildi - FOTOLAR

15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Gəncə şəhərində daha bir yaraşıqlı və müasir tipli bina istifadəyə verilib.

Bu, 3496 kvadrat metr sahəsi olan, 5 mərtəbəli Nizami rayon Polis Şöbəsinin inzibati binasıdır. Təntənəli açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini general-leytenant Oruc Zalov, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi polkovnik Faiq Şabanov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, işçi kollektivləri və KİV nümayəndələri iştirak ediblər. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və general-leytenant Oruc Zalov açılış mərasimində binanın qırmızı lentini kəsib və otaqları gəzərək burada yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, Nizami rayon Polis Şöbəsinin kollektivinin rahat işləməsi üçün burada hər cür şərait yaradılıb. 55 xidmət otağı olan binada havalandırma, elektrik, rabitə sistemləri quraşdırılıb, geniş akt zalı, xidmət vasitələrinin saxlanıldığı otaq, fasadda gecə işıqlandırılması qurğusu, ərazidə istilik - qazanxana, transformator və digər mühəndis qurğuları vardır.

Şəhər İcra Hakimiyyətinin başçısı şöbənin kollektivini inzibati binanın açılışı münasibətilə təbrik edib, onlara şərəfli işlərində uğurlar arzulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR