Mətbuat Şurasının internet KİV-lə bağlı qərarı: Pproblem həll elilməsə də, müzakirə ediləcək
Bizi izləyin

Qırmızı.az

Mətbuat Şurasının internet KİV-lə bağlı qərarı: Pproblem həll elilməsə də, müzakirə ediləcək

on illər cəmiyyətin informasiya təminatında həlledici rol oynamağa başlamış internet saytlar və yeni media vasitələri ənənəvi off-layn mediadan (çap KİV-lərindən) fərqli olaraq ölkənin ictima-siyasi həyatının yönləndirilməsində əhəmiyyətli yer tutmağa baş

«Mətbuat Şurasının 2014-cü ili “internet mediası ili” elan etməsi ilə bağlı qərarını dəstəkləyirik. Bu qərar onlayn KİV dalğası yaşayan ölkəmizdə yeni media ilə bağlı problemləri müzakirəyə çıxarmaq üçün yaxşı zəmin yarada bilər”. Publika.Az xəbər verir ki, bu sözləri Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlu təşkilatın Mətbuat Şurasının bugünkü qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, son illər cəmiyyətin informasiya təminatında həlledici rol oynamağa başlamış internet saytlar və yeni media vasitələri ənənəvi off-layn mediadan (çap KİV-lərindən) fərqli olaraq ölkənin ictima-siyasi həyatının yönləndirilməsində əhəmiyyətli yer tutmağa başlayıb.

“Mətbuat Şurasının bu qərarı nəhayət ki, bütün dünyada şəksiz informasiya təminatçısı kimi etiraf olunan internet medianın ölkəmizdəki yerini müəyyən etmək imkanı yaradacaq. Qeyd edim ki, bu sırada bir çox hüquqi və digər problemlər mövcuddur. Yeni Media Jurnalistləri bununla bağlı öz mövqeyini bu yaxınlarda bildirib”.

X. Səfəroğlunun sözlərinə görə, hazırda Azərbaycanda onlayn media dünya çapında yaşanan ümumi probelmlərlə üz-üzədir. Bura kopi-past, jurnalist imzasının tanınması, etik problemlər və digərləri aiddir.

“Biz onlayn mediada çalışan jurnalistlərin qanunvericilikdə əmək hüquqlarının və statusunun müəyyən olunmasını təklif edirik. Rəsmi qurumlarda saytların akkreditasiyasının qaydaları müəyyən olunmalıdır. İnternet KİV-lərin, sosial medianın cəmiyyətdə oynadığı rol ciddi müzakirə edilməlidir”.

X.Səfəroğlu qeyd edib ki, qəzetlər üçün zəruri olan ənənəvi redaksiya anlayışı internet media üçün o qədər də vacib sayılmır. “ İnternet jurnalist” yeni termindir. Real zamanda, oxucu ilə canlı bağlantıda çalışan belə jurnalistin məsuliyyəti və azadlığı daha böyükdür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm