
Ötən gün axşam saatlarında Gəncə şəhərində qonşu qonşusunu bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Gəncə dəmir yol vağzalı ərazisindəki “Qələbə” parkında 23 yaşlı Kamran Məmmədov qonşusu 24 yaşlı Elton Əliyevi vurub.
Hadisə qonşular arasında yaranan şəxsi münaqişələr zəmnində baş
verib. Qarın nahiyyəsindən bir neçə bıçaq zərbəsi alan Elton Əliyev
ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onu əməliyyat
ediblər. Elton Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.
Qonşusunu bıçaqlayan Kamran Məmmədov polis tərəfindən saxlanılıb.
Hələlik baş verən münaqişənin dəqiq səbəbləri bilinmir.
Faktla bağlı araşdırma aparılır.