Rusiyadan azərbaycanlıların deportasiyası başladı
Bizi izləyin

Qırmızı.az

Rusiyadan azərbaycanlıların deportasiyası başladı

Dünən gecə saatlarında 30-dan çox azərbaycanlı deportasiya edilərək Yalama sərhəd keçid məntəqəsindən Azərbaycana qaytarılıb.

Dünən gecə saatlarında 30-dan çox azərbaycanlı deportasiya edilərək Yalama sərhəd keçid məntəqəsindən Azərbaycana qaytarılıb.

Bu barədə Axar.az-ın sərhəddə olan əməkdaşına deportasiya olunanlardan biri - Məhərrəm Səfərov məlumat verib. Onun bildirdiyinə görə, heç bir səbəb göstərilmədən onların Rusiyaya buraxılmasına imkan verilməyib. Məhərrəm Səfərov əməkdaşımıza deyib ki, onlara orada deportasiyanın səbəbini soruşmamaq tapşırılıb:

“Sənədlərimin hamısı qaydasında olduğu halda məni də digər soydaşlarımız kimi geri göndərdirlər. Elə onların da sənədləri qaydasında idi. Hamımızı səbəb göstərmədən ölkəmizə deportasiya etdilər. Rusiya gömrüyündən dedilər ki, bizdən heç nə soruşmayın, gedin, məhkəməyə verin, yaxud Bakıda səfirliklə əlaqə saxlayın, sizə hər şeyi deyəcəklər. Onu da deyim ki, 9 aydan 3 ilə kimi deportasiyalar oldu. Mən əmək müqaviləm ola-ola 9 ay deportasiya edildim”.

Məsələ ilə bağlı Rusiyanın ölkəmizdəki səfirliyi ilə əlaqə saxlamağa çalışırıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm