Ulayan bəylə gəlinin sirri açıldı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ulayan bəylə gəlinin sirri açıldı - VİDEO

İmişlidə toyun səhəri günü canavar kimi ulayan gənclərdən yeni xəbər var.

ANS TV-nin məlumatına görə, gənclər bir gecənin içində normal haldan çıxaraq qeyri-adi davranışları ilə hamının nitqini qurutmuşdu. Amma artıq onlar da rahatlıqlarını tapıb, elə qohumları da.

İmişlidə yeni ailə quran cütlük öz hərəkətlərilə hər kəsi şoka salıb. Toyun səhəri günü həyətdəki ağaca çıxan təzə bəy və gəlin, canavar kimi ulamağa başlayıb. Rayon sakinlərinin sözlərinə görə, onlar təkcə canavarı deyil, bir neçə heyvanı təqlid edirmiş. Hətta vəziyyət o yerə çatıb ki, cavanlara bir kimsə, yaxınlaşmağa belə cürət etmirmiş. Əmi uşaqları olan gənclərə az qala bütün qonşular tamaşaya gəlirmiş. Belə vəziyyətdə isə ailələrin əl atmadığı yol qalmayıb.

Sonda gənclərin bu hərəkətlərinin səbəbi məlum olur. Sən demə, onlara mistik qüvvə təsir edirmiş. Məhz bunun nəticəsində də bəylə gəlin bir müddət özlərini qeyri-adi aparıb. Yaxınlarının iddiasına görə, onlar ekstrasensdən yardım alıblar və hazırda vəziyyətləri normaldır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm