Bakı Ali Neft Məktəbində beynəlxalq seminar keçirilir
Bizi izləyin

Qırmızı.az

Bakı Ali Neft Məktəbində beynəlxalq seminar keçirilir

İyun ayının 17-də Bakı Ali Neft Məktəbində "Yataqların işlənməsinin quruda və dənizdə karbohidrogenlərin hasilatının müasir texnologiyaları" mövzusunda beynəlxalq seminar öz işinə başlamışdır.

BANM-dən Publika.az-a bu gün verilən məlumata görə, tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov seminarın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə Böyük Britaniyanın "Confidence Capital" şirkəti ilə birgə təşkil olunduğunu bildirmiş və məqsədin Azərbaycanın neft-qaz yataqlarının işlənməsi, həmçinin dəniz və quruda karbohidrogen ehtiyatlarının hasilatı sahələrində əldə etdiyi təcrübəni xarici ölkələrin neft-qaz sektorunda çalışan mütəxəssisləri arasında yayılması olduğunu bildirmişdir. Elmar Qasımov seminar iştirakçılarının sırasında bir sıra ölkələrdən gəlmiş mütəxəssislərin olduğunu qeyd etmiş, 3 gün ərzində seminar iştirakçılarına Bakı Ali Neft Məktəbi, Schlumberger, Halliburton, Statoil və TIORCO şirkətlərinin mütəxəssisləri tərəfindən tədbirin mövzusuna aid çoxsaylı məruzələr təqdim olunacağını və iştirakçıların dəniz neft mədənlərinə səfərlərinin təşkil ediləcəyini bildirmişdir.

Azərbaycanın zəngin neft-qaz hasilatı tarixindən danışan ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirin Bakı Ali Neft Məktəbində təşkil edilməsinin təqdirəlayiq olduğunu, ARDNŞ-nin bu cür tədbirlərə həmişə dəstək verəcəyini bildirmiş, belə tədbirlərin ölkələr və mütəxəssislər arasında təcrübə mübadiləsində əhəmiyyətli rol oynadığını vurğulamışdır.

17-19 iyun tarixlərində seminar iştirakçılarına neft-qaz yataqlarının parametrlərinin ümumi xarakteristikaları, yataqların işlənməsinin tənzimlənməsi, neftvermənin artırılması üsulları, hasilat texnologiyaları və s. mövzularda mühazirələr təqdim ediləcəkdir.

İyun ayının 20-də seminar iştirakçıları üçün "Neft daşları" neftqazçıxarma idarəsinin mədənlərinə səfərlər təşkil olunacaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm