Nazirlik virus təhlükəsi ilə bağlı monitorinq aparır
Bizi izləyin

Qırmızı.az

Nazirlik virus təhlükəsi ilə bağlı monitorinq aparır

"Ölkə ərazisində hər hansı virus aşkarlanmayıb.Yaxın Şərqdə yayılmış MERS virusu və ya ağır qripəoxşar əlamətlərlə xəstələr daxil olmayıb. Nazirlik tərəfindən virusun yayılması təhlükəsi ilə əlaqədar monitorinqlər aparılır". Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib.

Onun sözlərinə görə, nazirliyin struktur bölmələri hər hansı virusun yayılmasına qarşı hazır vəziyyətdədir.

“Ümumdünya Səhiyyə Təşkilatı virus təhlükəsi olanda məlumat yayır. Hələ ki bizə belə bir siqnal daxil olmayıb. Bundan başqa, hər hansı xəstəxanada kütləvi şəkildə sadalanan problemlərlə bağlı müraciət edən olmayıb”.

Nazirlik rəsmisi başağrısı, ürəkbulanma, hərarətin qalxması ilə bağlı müraciətlərin sayının artmadığını bildirib:

“Mütəxəssislərin rəyinə görə, bu barədə müraciətlər tipik statistika çərçivəsindədir”.

Qeyd edək ki, mətbuatda ölkə ərazisində yüksək hərarət, baş, qarın ağrısı, baş gicəllənməsi, iştahsızlıqla müşayiət olunan xəstəlik səbəbindən son bir neçə gündə tibb müəssisələrinə müraciət edənlərin sayı dəfələrlə çoxaldığı barədə məlumat veriblər. Səhiyyə işçiləri bu virusu “Hava virusu” adlandırırlar və yaş kateqoriyasından asılı olmayaraq insanların hava infeksiyası ilə yoluxduğunu deyirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm