Qırmızı.az
Azərbaycanda kafe, restoran və şadlıq evlərinə sərt xəbərdarlıq
Bu barədə Trend-ə İdarənin rəisi
Aslan Aslanov bildirib.
Şəhərin baş baytarının sözlərinə görə, şadlıq evləri, kafe,
restoran, ictimai iaşə obyektlərinin əksəriyyəti həkim
müayinəsindən keçmiş ətdən istifadə etməlidir. Həmin obyektlərə
yalnız cəmdəyi 2 və ya 4 yerə bölünmüş, üzərində həkimin möhürü və
müvafiq arayışı olan ət məhsulları daxil ola bilər: "Bu qərara
məhəl qoymayan, tələblərə tabe olmayan hara olursa olsun, kim
olursa olsun, haqqında tədbir görüləcək. Onlara xəbərdarlıq
ediləcək, cərimələnəcək, ən sərt inzibati məsuliyyətə cəlb
ediləcək, amma görsək ki, öhdəsindən gələ bilmirik, o zaman həmin
obyektin bağlanması haqqında qərar qəbul ediləcək".
A.Aslanov qeyd edib ki, hazırda Bakı Şəhər Baytarlıq İdarəsinin
əməkdaşlarının əksəriyyəti əmrlə şəhərdəki obyektlərə ezam
olunublar. Onlar dönərxana, restoran, kafe və bu qəbildən olan
digər obyektlərdə, eləcə də ət məhsullarının satışı ilə məşğul olan
ticarət müəssisələrində sümükdən ayrılmış vəziyyətdə ət axtarırlar:
"Hələlik indiyədək heç bir neqativ hal aşkarlanmayıb. Amma bir neçə
gün bu qaydaları kobud şəkildə pozan ət tədarükü ilə məşğul iki
obyektin cərimələnməsi və bağlanması haqqında qərar vermişik. Hətta
oradakı heyvan ətini müsadirə edərək zooparka vermişik. Belə hallar
olub. Hazırda bu istiqamətdə fəaliyyətimizi davam etdiririk".
İdarə rəisi bildirib ki, gücləndirilmiş iş rejiminə keçid Xaçmaz
rayonunda kütləvi şəkildə at və eşşək qalıqlarının aşkar edilməsi
ilə bağlıdır: "Xaçmaz rayonunda at və eşşək cəsədləri tapıldıqdan
sonra Bakı şəhərində hər hansı obyektdə neqativ hal olmayıb, amma
biz bunu ehtimal edirik. Ola bilər ki, həmin heyvanların ətindən
Bakıya da gətirilib. Bu həyəcan, ətin sümüksüz satılmasını qadağan
edən qərarın verilməsi də məhz Xaçmazdakı hadisə ilə bağlıdır. Biz
də işimizi güclü şəkildə qurmağa çalışırıq ki, hər hansı xoşagəlməz
hal qeydə alınmasın".
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi