Keyfiyyətsiz dondurmalar almayın - VİDEO
Bizi izləyin

Qırmızı.az

Keyfiyyətsiz dondurmalar almayın - VİDEO

Yayda dondurma sevməyən, yeməyən tapmaq çətin məsələdir.

Yayda dondurma sevməyən, yeməyən tapmaq çətin məsələdir.

ANS TV-nin məlumatına görə, yay vaxtı keyfiyyətsiz dondurmanın dadına baxanlar az olmayıb. Köhnə, ya həddindən artıq yağlılığı olan, ya da ümumiyyətlə mənşəyi hansı yağdan hazırlandığı belə bilinməyən dondurmanın alıcısı var. Nəzərə alsaq ki, dondurma tez həll olunan, yüksək kalorili süd məhsuludur və ondakı yağlılıq 3 % dən artıq olmamalıdır, o zaman düşünməyə dəyər. Çünki normalda dondurma kərə yağından hazırlanmalı və dilin üstünə qoyulanda təzə qaymaq dadı verməlidir. Amma bəzən işbazların dondurmanı istehsal edərkən tərkibinə marqarin, müxtəlif bitki yağlarını qatması onun yararlılıq müddətini azaldır.

Dondurmanın satıldığı obyektlərdə isə tələbat az deyil, əksinə çoxdur. Satıcı Kamran Rəfibəyli alıcıların xüsusilə ucuz dondurmalara üstünlük verdiyini deyir:

"Adam var, bahalı dondurma yeyir, adam var, ucuz. 30 və 50 qəpiyə də dondurma var, 2 AZN də. Hamısı keyfiyyətinə görə fərqlənir”.

Alıcılar isə dondurma alarkən onun keyfiyyətini xarici görünüşü ilə müəyyən edirlər. Bir də baha və ucuz olması ilə.

Paytaxt sakini Mirvari İsayeva isə deyir ki, elə alıb yeyirik, amma keyfiyyətini ayırd edə bilmirik. Alanda bahalı dondurma alırıq, çünki ucüz ətin şorbası olmur.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma şöbəsinin müdiri İmran Abdullayev hazırda dondurmaların daşınmasında daha çox problemlərin olduğunu deyir. Şöbə müdirinin sözlərinə görə, dondurmanın daşındığı nəqliyyat vasitəsində temperatur -18 dərəcəni göstərməlidir.

İmran Abdullayev qeyd edir ki, dondurma daşıyan maşınlar bu temperaturu vermirsə və ya da tez-tez soyuducunun ağızını açıb örtürlərsə, o zaman dondurma yumşalaraq əriyir və tədricən keyfiyyətini itirir. Təbii ki, bu cür dondurma istifadəyə yararsızdır.

Xaricdən gətirilən, eləcə də yerli müəssisələrdə hazırlanan dondurmalardan hər yay fəslində laborator nümünələr götürən Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu il də ənənəsinə sadiq qalıb.

Komitənin mətbuat katibi Fazil Talıblının sözlərinə görə, dondurmalar əsasən tərkibindəki yağın mənşəyi və dondurulma qaydaları ilə əlaqədar yoxlanılır. Artıq bir çox obyektlərdən dondurmalar alınaraq laboratoriyaya göndərilib.

Məlumat üçün bildirək ki, dondurma istehsal edən müəssisə standartlara uyğun olmayan məhsulu satırsa, həmin müəssisənin fəaliyyəti dayandırılır, sahibkar fiziki şəxsdirsə,1500-2000 AZN, hüquqi şəxsdirsə, 4000-5000 AZN cərimələnir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm