Qırmızı.az
Bankın vəzifəli şəxsləri barəsində cinayət işi açıldı
Azərbaycanda Türkiyə vətəndaşlarına saxta arayışlar verməkdə şübhəli bilinən bankın vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırma zamanı "Zaminbank" ASC-nin Xırdalan filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhərində əmək fəaliyyəti ilə məşğul olan Türkiyə Respublikası vətəndaşlarına guya onların cari hesablarında Azərbaycan Respublikası ərazisində əcnəbilərə müvəqqəti yaşamaq üçün icazənin verilməsindən ötrü nəzərdə tutulan 100 min manat məbləğində pul vəsaitinin olması barədə saxta arayışlar vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO