Toy kefi faciə ilə nəticələndi
Bizi izləyin

Qırmızı.az

Toy kefi faciə ilə nəticələndi

Göyçayda toydan sonra isti olduğu üçün sərinlənmək məqsədiylə çaya çimməyə gedən gənc boğulub.

Göyçay Rayon Prokurorluğunun böyük müstəntiqi Emin Qurbanovun sözlərinə görə, hadisə dünən 17:30 radələrində baş verib. Rayonun Qaraxıdır kənd sakini 1987-ci il təvəllüdlü Elşad Həmidov dostunun toyunda içib, oynadıqdan sonra dostlarla sərinlənmək məqsədiylə Şəkər arxında çimməyə gedib. Sərxoş vəziyyətdə kanala düşən E.Həmidov dərinliyi 4 metr olan arxda boğulub.

Mərhum dünən Məhkəmə tibbi ekspertizasından keçdikdən sonra yaxınlarına təhvil verilib.

Faktla bağlı araşdırmalar davam edir.

Səid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm