Qırmızı.az
ANS-ə maliyyə yardımı bərpa edildi
Milli Televiziya və Radio Şurası (MTRŞ) milli televiziya
filmlərinin çəkilişi ilə əlaqədar ANS televiziyasına maliyyə
yardımının ayırması haqqında qərar qəbul edib.
Bu barədə AzNews.az-a MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. O
vurğulayıb ki, bir müddət öncə bəzi mövcud nöqsanlarla bağlı
filmlərinin çəkilişi ilə əlaqədar ANS televiziyasına maliyyə
yardımının dayandırılması ilə bağlı qərar qəbul edilsə də, sonradan
tərəflər arasında razılaşma olub:
“Bununla bağlı ANS rəhbərliyi ilə görüşlər keçirtdik və mövcud nöqsanlar aradan qaldırılması haqqında razılığa gəldik. ANS bəzi məsələləri artıq yoluna qoyub. Bu həftə ərzində bu iş tam başa çatdırıldıqdan sonra ANS kanalına milli televiziya filmlərinin çəkilişi üçün vəsait ayrılacaq”.
Xatırladaq ki, ötən ayın 22-də Nuşirəvan Məhərrəmli Milli
Televiziya və Radio Şurası (MTRŞ) milli televiziya filmlərinin
çəkilişi ilə əlaqədar ANS televiziyasına maliyyə yardımını
dayandırılması ilə bağlı açıqlama vermişdi. O buna səbəb kimi ötən
ilin aprelində televiziya kanallarına ayrılan 6 milyon manat vəsait
ANS televiziya kanalı tərəfindən təyinatı üzrə xərclənməməsini
göstərmişdi.
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi