Rayon maşınları Bakıya buraxılmaya bilər (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Rayon maşınları Bakıya buraxılmaya bilər (VİDEO)

Paytaxt ərazisinə bölgələrdən gələn avtomobillərə qadağa qoyula bilər.


ANS TV-nin məlumatına görə, rayondan gələn maşınların paytaxta girişinə qadağa qoyula bilər. Səbəb isə yarana biləcək tıxacların qarşısının alınmasıdır.


Digər bir səbəb isə rayondan Bakıya gələn maşınların bəzən yol qaydalarını bilməməsi və bu səbəbdən də onların paytaxtda qəza törətmələri göstərilir.


Nəqliyyat Nazirliyinin İctimaiyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirdi ki yaradılması nəzərdə tutulan dayanacaqlar paytaxtın şimal, şərq və cənub girişində olacaq. Sürücü avtomobilini dayanacağa təhvil verərək ona lazım olan ünvana ictimai nəqliyyat və ya taksi ilə gedəcək. Bu da ilk növbədə Bakıda tıxacların azalmasına gətirib çıxaracaq.


Avtoekspert Azər Allahverənov bunu müsbət qarşılasa da bir sıra problemlərin olacağınıda bildirdi. Ən əsas problemlərdən biri rayondan gələnlərin maşınlarını paytaxta gələn zaman park edərək əlavə nəqliyyat vasitələrinə pul xərcləmələridir.


Yarana biləcək çətinliklərə baxmayaraq, belə bir yeniliyin olması müsbət haldır. Çünki ən azından tıxacların qarşısinı almaq mümkün ola bilər. Amma rayondan gələn sərnişinləri də unutmamaq şərtilə.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm