• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakı yol polisinin gecə əməliyyatı

Bakı yol polisinin gecə əməliyyatı

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları iyunun 23-dən 24-nə keçən gecə paytaxt ərazisində kütləvi reydlər keçiriblər.


Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, iyunun 23-dən 24-nə keçən gecə Bakı şəhərinin ərazisi üzrə - Nizami, Xətai, Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarında yol polisi əməkdaşlarından ibarət qrup reyd keçirib.


Reyd zamanı sərxoş vəziyyətdə avtomobili idarə edən 40 sürücü, 4 avtoxuliqan, polisin qanuni tələbini yerinə yetirməməyə cəhd göstərən 8, avtomobilində konstruksiya dəyişikliyi edən 11, yüksək səs boğucu quraşdıran 12, yüksək tonlu və çoxavazlı səs siqnalı olan 6, avtomobili sənədsiz idarə edən 14, təyin edilmiş cərimə məbləğini vaxtında ödəməyən 30-a yaxın sürücü barədə inzibati protokol tərtib edilib.


V.Əsədov bildirib ki, reyd zamanı xanım sürücülər xanımlığından istifadə edərək qeyri-səmimilik göstəriblər. Həmin xanım sürücülər barəsində də inzibati protokollar tərtib edilib.


Onun sözlərinə görə, reydlər zamanı 4 sürücü qaçmağa müvəffəq olub ki, həmin sürücülərin tapılması istiqamətində işlər aparılır. Polis əməkdaşlarının fəaliyyətinə müdaxilə edən, sərxoş vəziyyətdə olan sürücünün qaçmasına kömək etmək istəyən "Priora" markalı avtomobilinin sürücüsü isə polisə güc tətbiq edib.


Bakı yol polisi sürücüləri bir daha intizamlı olmağa və yol qaydalarına əməl etməyə çağırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR