Qırmızı.az
Bahalı nömrə sahibləri cərimələndi - VİDEO
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə və bölmə əməkdaşları iyunun 23-dən 24-nə keçən gecə Yol-Patrul Xidməti Alayının komandiri, polkovnik-leytenant Rəşadəd Babayevin rəhbərliyi ilə paytaxt ərazisində kütləvi reydlər keçiriblər.
AzVision.az-ın məlumatına görə, reyd gecə saat 3-ə qədər davam edib. Avtosfer.az-ın əməkdaşı da reyddə iştirak edib. Reyd zamanı maraqlı hadisələr baş verib. Yol polisinə, reyddə çəkiliş aparan jurnalistlərə hücum edən sürücülərə də rast gəlinib. Qayda pozub saxlanıldığı üçün əsəbini media nümayəndələrinin üstünə tökməyə çalışanları polislər sakitləşdirib. Onların avtomobilləri isə cərimə meydançasına aparılıb. Bakının bütün küçə və prospektlərinə keçirilən reyddə başlıca məqsəd yol hərəkəti qaydalarını kobud şəkildə pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş halda, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçənləri aşkarlayıb məsuliyyətə cəlb etmək idi. Reyd zamanı ən çox aşkar olunan qayda pozuntusu avtoxuliqanlıq və sərxoş halda avtomobili darə etmək halları oldu. Bəzən belə fikirlər səslənir ki, yol polisləri bahalı avtomobilləri və bahalı nömrəsi olanları saxlamır. Lakin budəfəki reyddə daha çox bu tipli avtomobillər saxlanıldı. Məsələn, 10-EJ-10 dövlət nömrə nişanlı «Mersedes» tünd pərdələrdən istifadə etdiyi üçün saxlanılıb cərimə meydançasına aparıldı. Həmçinin, təhlükəsizlik kəməri taxmayan, avtomobilində qadağan olunmuş səs siqnalının olduğu ehtimal edilən 10 ZT 010 nömrə nişanlı «Porcrhe» markalı avtomobilin sürücüsü də saxlanıldı və protokol tərtib olundu. Bundan başqa, daha bir «Porche» markalı, 10 OR 777 dövlət nömrə nişanlı avtomobilin sürücüsü konstruksiya dəyişiklikliyi və xorultulu səs çıxaran qurğu quraşdırmaqda təqsirli bilindiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparıldı. «İnfiniti» markalı, 90 VV 828 dövlət nömrə nişanlı avtomobildə isə xorultulu səs çıxaran qurğular aşkar olundu. Həmçinin, avtomobilin sürücüsü polisə müqavimət göstərərək heç bir sənəd təqdim etmədiyi üçün maşın cərimə meydançasına qoyuldu. 10 PU 075 dövlət nömrə nişanlı «Niva»da isə konstruksiya dəyişikliyi aşkarlanmaqla yanaşı, onun avtoxuliqanlıq əməli də üzə çıxdığı üçün cərimə meydançasına aparıldı. «Hundai» markalı, K QY-110 nömrə nişanlı avtomobili idarə edən xanım sürücünün heç bir sənədi yox idi. Araşdırma zamanı məlum oldu ki, bu nömrə də həmin avtomobilə aid deyil. Lakin xanım sürücü polisə tabesizlik göstərərək heç bir sənəd təqdim etmədiyi üçün avtomobil cərimə meydançasına gedəsi oldu.
Reyd zamanı polisə müqavimət göstərənlər, tabe olmayıb qaçanlar da
oldu. Məsələn, 90 GR 404 dövlət nömrə nişanlı «Mitsubishi-Pajero»
markalı avtomobil təhlükəli manevrlər etməklə «avtoş»luq edərkən
yol polisləri tərəfindən aşkarlanıb. Lakin o, polisin «saxla»
əmrinə tabe olmaq əvəzinə maşının DYP maşınının üstünə sürüb. Polis
maşınını sürtüb hadisə yerindən qaçan sürücü az sonra Xətai rayonu
ərazisində yaşayış binalarının arasında gizlənsə də, DYP
əməkdaşları onu axtarıb tapacaqlarına əmin idilər. Yasamal
rayonunda qəza törədib hadisə yerindən qaçan «VAZ-21011» markalı
avtomobilin sürücüsü sərxoş vəziyyətdə tapılsa da, avtomobili
gizlətmişdi. Lakin maşını tapmaq DYP əməkdaşları üçün o qədər də
çətin olmadı. Müşahidə kameralarının köməyi ilə avtomobil tapılıb
cərimə meydançasına qoyuldu.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi,
polkovnik-leytenant Vaqif Əsədov bildirib ki, keçirilən reyd zamanı
sərxoş vəziyyətdə avtomobili idarə edən 40 sürücü, 4 avtoxuliqan,
polisin qanuni tələbini yerinə yetirməməyə cəhd göstərən 8,
avtomobilində konstruksiya dəyişikliyi edən 11, yüksək səs boğucu
quraşdıran 12, yüksək tonlu və çoxavazlı səs siqnalı olan 6,
avtomobili sənədsiz idarə edən 14, təyin edilmiş cərimə məbləğini
vaxtında ödəməyən 30-a yaxın sürücü barədə inzibati protokol tərtib
edilib. V.Əsədov bildirib ki, reyd zamanı xanım sürücülər də
tabesizlik nümayiş etdiriblər. Onların da inzibati protokollar
tərtib edilib.
Reyd zamanı 4 sürücü qaçmağa müvəffəq olub ki, həmin sürücülərin
tapılması istiqamətində işlər aparılır. Polis əməkdaşlarının
fəaliyyətinə müdaxilə edən, sərxoş vəziyyətdə olan sürücünün
qaçmasına kömək etmək istəyən "Priora" markalı avtomobilinin
sürücüsü isə polisə güc tətbiq edib. Bakı yol polisi sürücüləri bir
daha intizamlı olmağa və yol qaydalarına əməl etməyə çağırıb.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək