Bir gündə 67 cinayət
Bizi izləyin

Qırmızı.az

Bir gündə 67 cinayət

İyunun 25-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 67 cinayət faktından 30-nun üstü “isti izlər”lə açılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölmüş, 17 nəfər isə xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 17 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.

AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm