Qırmızı.az
Rusiyada azərbaycanlılar həbs edildi
Moskva və Sankt-Peterburqda zərgərlik
mağazalarına hücumlarda şubhəli bilinən üç azərbaycanlıdan ibarət
dəstə yaxalanıb.
ANS PRESS-in məlmatına görə, polislər soyğunçu
dəstəni Zelenoqradda "Mariya" zərgərlik salonunu soyan zaman tutub.
"Mariya" zərgərlik salonunu soymaq üçün gənclərə 14 dəqiqə bəs
edib. Bu müddət ərzində onlar 42 yaşlı keşikçini tərk-silah edib və
onun əl-qolunu bağlayıb. Daha sonra vitrini sındırıb bütün
zərgərlik bəzəklərini aparıblar.
Soyğunçular hadisə yerindən iki qara rəngli "BMV "
və "İnfiniti FX 35" avtomobilləri ilə uzaqlaşıb. Şahidlərdən biri
quldurların getdiyi "İnfiniti" nömrəsini yazmağı
bacarıb.
Polis şəhərdə "Ələ keçirmə" planı elan edilib və
tezliklə nəticəsini əldə edib. Soyğunçuların avtomobili Brateyevsk
küçəsində dövlət yol hərəkət təhlükəsizlik müfəttişliyinin
əməkdaşları tərəfindən dayandırılıb.
Soyğunçular qaçmağa çalışsa da polis onları həbs
etməyi bacarıb. Maşında axtarış zamanı oğurlanmış zərgərlik
məmulatları aşkar edilib.
Cinayətkarlar 23-30 yaşlı Azərbaycan sakinləridir.
Onların Moskva və Sankt-Peterburqda digər cinayət işlərində
iştirakı iddia edilir. Hal-hazırda istintaq bu informasiyanı
yoxlayır.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."