Azərbaycan İtaliya Assosiasiyası təsis olundu – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycan İtaliya Assosiasiyası təsis olundu – FOTOLAR

Bu gün Azərbaycan Diplomaik Akademiyasinda (ADA) Azərbaycan İtaliya Assosiasiyasının təsis yığıncağı və "Via della Seta - İpək yolu" jurnalının təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, Azərbaycan İtaliya Assosiasiyasıının birgə nəşri olan jurnal barədə jurnalistlərə açıqlama verən millət vəkili Azər Kərimov jurnalın yaranma səbəbindən danışıb:

“Azərbaycan Respublikası və İtaliya Respublikası arasında olan münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyaəsti nəticəsində yüksək nöqtəsinə çatıb. Bu münasibətlərin inkişafında bütün dünyada olduğu kimi, İtaliya Respublikasında da millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycan tarixninin, mədəniyyətinin Azərbaycan reallıqlarının, Azərbaycan incəsənətini tanıtmaq istiqamətində fəaliyyətin xüsusilə qeyd etmək istərdim.

Biz də Azərbaycan İtaliya parlamentlərarası dostluq qrupu olaraq, bu münasibətlərin inkişafına öz töhfəmizi vermək üçün Azərbaycan İtaliya Assosiasiyasını təsis etdik. Bir il bundan əvvəl isə iki dildə çıxan bir dərgi dərc etdik. Bu gün də bura toplaşmağımıızn əsas məqsədi Azərbaycan İtaliya Assosiasiyasının “Via della Seta - İpək yolu” jurnalının təqdimatıdır.

“İpək yolu” jurnalı ildə 4 dəfə dərc olunacaq. Bu ilki nəşrin miqyası 3000 ədəddir.

İyulun ayının 15-də gələn nömrəmiz dərc olunacaq. İkinci buraxılış isə 4000 ədəd nəzərdə tutulub. Bu nömrənin 1500 ədədi İtaliyada, 1500-ü isə Azərbaycanda yayılıb".

Jurnalda toxunulacaq mövzulara gəlincə millət vəkili bildirib:

“Jurnalın ilk nömrəsini diqqətlə izləsəniz, görəcəksiniz ki, bizim assosiasiyanın son bir ildə İtaliyada keçirdiyi tədbirlər haqqında məlumatlar verilib. Təbii ki, Azərbaycanın ən ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, Xocalı faciəsi haqqinda bu jurnalda geniş faktlar öz əksini tapıb. Burada Roma şəhərində keçirilən müvafiq tədbirlər barəsində də ətraflı məlumat verlir. Bütün bu bir ilə nəzər yetirsəniz, bu tədbirlərin necə əhəmiyyətli olduğunu görərsiniz.

Ötən il qaçqın və məcburi köçkün ailələrindən olan gənclərin İtaliyada 15 günlük tətili təşkil edilmişdi. İtaliyanın təarixi, mədəniyyəti ilə tanış olmuş, bələdiyyələri ilə görüşmüş, hətta istirahətə də vaxt tapmışdılar. Onlar məşhur futbolçu Tottinin futbol klubunda futbol oynayıblar. Bundan başqa İtaliya-Azərbaycan gənc rəssamların birgə sərgilərini təşkil etmişik. Turizm forumu keçirilib. Bir sözlə, bu dərginin məqsədi hər iki assosiasiyalarının birgə fəaliyyətini həm nəticələrini, həm məzmununu ictimaiyyətə çatdırmaqdır”.

Qarşıdan gələn 6 ay ərzində qarşılıqlı işgüzar əlaqələrin dərinləşdiriləcəyini deyən Azər Kərimov gələcək planların çoxluğundan danışıb. O, bildirib ki, bunlardan ən vacibi 2014-cü ilin noyabr ayında İtaliyanın Roma şəhərində müxtəlif millətlərin və dini təriqətlərin birgə yaşayışına həsr olunmuş “Azərbaycan: multikultiralizm və tolerantlıq nümunəsi” mövzusunda beynəlxaql konfransın keçirilməsidir: “Bundan başqa qış aylarında da məcburi köçkün uşaqlarının İtaliyada tətilini təşkil etmək istəyirik.

Bunula yanaşı, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini italiyan dilinə tərcümə etməliyik. Həmçinin 2014-cü ilin sonunda İtaliyanın Roma şəhərində Azərbaycan film festivalının keçirilməsi nəzərdə tutulur. Film festivalı 3 hissədın ibarət olacaq. Belə ki, tarixi, sənədli və cizgi filmlərinin nümayişi baş tutacaq. İtaliyanın Roma, Baloniya, Niyapol şəhərlərində Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş Azərbaycan caz musiqi festivalının keçiriləcək".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm