İlham Əliyev təbrik etdi
Bizi izləyin

Qırmızı.az

İlham Əliyev təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constona təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Milli bayramınız – Kanada günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Kanada münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran iqtisadi əlaqələrin genişlənməsi yolunda səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Dövlət başçısı, həmçinin Burundi Prezidenti Pyer Nkurunzizanı da təbrik edib.

Məktubda qeyd olunur: "Burundi Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Burundi xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm