Qarpız kəsdim....
Bizi izləyin

Qırmızı.az

Qarpız kəsdim....

İyunun 10-dan bazar və yarmarkalarda aparılan yoxlamalar zamanı qarpızın tərkibində nitrat maddəsinin miqdarının çox olması aşkarlanıb. Məsələ ilə bağlı müvafiq orqanlara məlumat verilib və onlar məhv edilib. Bu sözləri Publika.az-a açıqlamasında Dövlət Fitosanitar Nəzarət xidmətinin Nəzarət toksikologiya laboratoriyası şöbəsinin rəhbəri Yaqub İbrahimov deyib.

Onun sözlərinə görə, bu il ərzində aparılan monitorinqlər zamanı qarpızın tərkibində nitrat maddəsinin çox olması il bağlı 10-15 fakt aşkarlanıb.Yoxladığımız məhsullar hamısı Kürdəmir, Sabirabad, Saatlı rayonlarının məhsullarıdır. Bu monitorinqlər hər həftənin şənbə-bazar günləri yarmarkalarda, həmçinin bazarlarda, kütləvi satış obyektlərində aparılır:

“Əvvəlki illərlə müqayisədə qarpızın tərkibində gübrələrin miqdarının çox olması hallarına daha az rast gəlirik. Səyyar laboratoriyalarımız 10-15 dəqiqə ərzində məhsulun tərkibini yoxlaya bilir. Faktlar az olsa da, monitorinqlərimiz davam edir. Normaya əsasən, 1 kiloqram qarpızda 60 mqr nitrat olmalıdır. Bu maddə normadan çox olanda bədəndə reaksiyaya girir və qanda zəhərlənməyə səbəb olur”.

Y.İbrahimov onu da bildirib ki, hazırda satışda olan qarpızlar əsasən istixana məhsullarıdır. İndiki məhsulların tərkibində nitratın miqdarının çox olması bununla əlaqədardır.

“Kütləvi halda yerli qarpız iyulun 15-dən sonra bazarlara çıxarılacaq. Biz monitorinqləri əsasən kütləvi satış obyektləri və bazarlarda aparırıq. Lakin fərdi şəkildə rayondan qarpız gətirib yol kənarında, səyyar şəkildə satanlar da var. Lakin bizim laboratoriyaların bunların hamısına nəzarət etmək imkanı yoxdur. Gələcəkdə məhsulların satışda yox, sahələrdə aparılması planlaşdırılır. Bununla bağlı plan hazırlanıb, iki belə toksikoloji mərkəz yaradılıb. Onların sayı artırıldıqdan sonra sahələrdə monitorinq aparmaq mümkün olacaq”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirdilər ki, bu il ərzində qarpızdan zəhərlənmə ilə bağlı təcili yardıma iki müraciət olub. Düzdür, onların qarpızdan olması tam təsdiqlənməsə də, müraciət edənlər qarpız yedikdən sonra narahatlıq hiss etdiklərini biliriblər.

Xatırladaq ki, iyunun 26-da Tərtər rayonunun Küçərli kəndi ərazisində, məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə 5 nəfər qarpızdan zəhərlənib. Onların qarpız yedikdən sonra vəziyyətlərinin pisləşdiyi deyilir. Həmin şəxslər dərhal Quzanlı qəsəbəsindəki Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlər zəhərlənən şəxsləri nəzarətə götürüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm