Əsl yay havası başlayır
Bizi izləyin

Qırmızı.az

Əsl yay havası başlayır

Sabah Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək, temperatur getdikcə yüksələcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a bildiriblər ki, iyulun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Cənub-şərq küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.


İyulun 3-də Azərbaycanın əksər bölgələrində yağmursuz hava şəraiti proqnozlaşdırılır, lakin əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək.


Aran rayonlarında havanın temperaturu gecə 20-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Mülayim hava şəraiti yaxın 2-3 gün davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm