Monitorinq insidentsiz ötüşdü
Bizi izləyin

Qırmızı.az

Monitorinq insidentsiz ötüşdü

Cəbhə xəttində ATƏT-in növbəti monitorinqi baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 2-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçiriblər.


Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm