Qırmızı.az
Beynəlxalq Bankdan pul oğurlayanlar tutuldu
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin
sədri Cahangir Hacıyev milli təhlükəsizlik naziri Eldar Mahmudova
məktub yazıb.
“Qafqazinfo” xəbər verir ki, C.Hacıyev məktubda
MTN əməkdaşlarının keçirdiyi əməliyyata görə E.Mahmudova təşəkkür
edib. “Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu ilin iyun ayında
keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompüter sistemlərinə
qanunsuz daxil olmaq yolu ilə Azərbaycan Beynəlxalq Bankının
müştərilərinin hesablarından pul vəsaitlərini ələ keçmiş şəxslər
müəyyən edilərək zərərsizləşdiriblər.
Əməliyyatın qısa müddətdə hazırlanıb keçirilməsi,
cinayətkar qrupun bütün üzvlərinin ifşa olunub tutulması və onların
hər birinin cinayətdə rolunun, iştirakçılıq dərəcəsinin təfsilatı
ilə müəyyən olunması Milli Təhlükəsizlik Nazirliyinin
əməkdaşlarının yüksək peşəkarlığını, böyük təcrübə və bacarığa
malik olduqlarını bir daha nümayış etdirib.
Gələcəkdə də hər hansı bir qanunsuzluğun
qarşısının qətiyyətlə alınacağına əminlik yaradan belə şərəfli və
səmərəli fəaliyyətinizə görə Sizə və rəhbərlik etdiyiniz Nazirliyin
əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk” – deyə,
C.Hacıyevin məktubunda bildirib.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək