Qırmızı.az
Üfunətli çimərliklərimiz - FOTO
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi çimərlik mövsümünə start verildiyini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti ilə birgə Bakı şəhəri və Abşeron yarımadasında yerləşən çimərliklərdə reydlərə başlayıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən əmlumata görə,
yoxlamalar zamanı əsasən əhalinin sağlamlığı üçün ciddi təhlükələr
törədən, əhali arasında yoluxucu xəstəliklərin yayılması, ətraf
mühitə qanunsuz istehsalat və məişət tullantılarının atılması
hallarının aşkar edilməsi barədə araşdırmalar aparılıb. Eləcə də
belə halların necə qarşısının alınması ilə bağlı çimərliklərdə
müşahidələr edilib. Reydlər zamanı çimərliklərdə istirahət edən
şəxslərin təhlükəsizliyinin təmin edilməsi, onların həyat və
sağlamlıqlarının qorunması üçün qabaqlayıcı tədbirlər həyata
keçirilib.
Xəzər rayonu ərazisindəki çimərliklərdə aparılan yoxlamalar
nəticəsində müəyyən olunub ki, sənaye və məişət tullantılarının
daşınması qaydaları pozulub, tullantılar yandırılarkən ətraf
mühitin mühafizəsi tələblərinə əməl edilməyib. Aşkar edilən
faktlarla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək
aidiyyəti şəxslər cərimə olunublar.
Bundan əlavə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən
çimərliklərdə çirkab suların axıdılması, daşınması ilə bağlı
aktlar, protokollar tərtib edilərək müvafiq tədbirlər görülüb.
Reydlər zamanı Qaradağ rayonu ərazisindəki çimərliklərdə də bu kimi
neqativ hallar və qanun pozuntuları aşkarlanıb.
Məişət tullantılarının əraziyə atılması və antisanitariya
şəraitinin yaradılması halları müəyyən edilərək obyekt sahibləri,
həmçinin aidiyyəti şəxslər barəsində qanunla müəyyən edilmiş
qaydada ölçü götürülüb.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin
Ekologiya Nazirliyi ilə birgə təşkil etdiyi reydlər və müvafiq
tədbirlər davam etdirilir.
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi