Qırmızı.az
Abid Şərifov NATO-ya təşəkkür etdi
"Azərbaycan hökuməti ölkədə mina təmizləmə əməliyyatları sahəsində həyata keçirilən layihələrə dəstək verdiyinə görə, NATO-ya təşəkkürünü bildirir".
Publika.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərifov Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ANAMA ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu arasında Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların Təmizlənməsi birgə Layihəsinin birinci mərhələsinin tamamlanması və ikinci mərhələsinin açılışına həsr olunmuş mərasimdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan SNT çərçivəsində NATO ilə əməkdaşlığa önəm verir: "Buna görə NATO-ya təşəkkür edirəm".
ANAMA-nın yaradılması və faəliyyəti haqqında məlumat verən Baş nazirin müavini qeyd edib ki, ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl təmizləmə layihəsi”nin birinci mərhələsi olan 19 kv.km ərazinin təmizlənməsi NATO tərəfindən 4 Oktyabr 2011-ci il tarixdə rəsmən təsdiq olunub:
"Amerika Birləşmiş Ştatları bu layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürdü. Azərbaycan Höküməti bu vəziyyətlə bağlı dərindən maraqlanıb və bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50 faiz miqdarında maliyyə vəsaiti ayırıb. Layihənin birinci mərhələsi çərçivəsində 28 ay ərzində 19 kv.km ərazi tam təmizlənib və 14 min 578 PHS tapılaraq zərərsizləşdirilib.
Layihənin ikinci mərhələsinə 2014-cü ilin iyul ayından start verilməsi və 24 ay müddətində 23 milyon 584 min 545 kv.m əhatə edən sahənin təmizlənməsi nəzərdə tutulur".
A.Şərifovun sözlərinə görə, layihənin birinci fazası üçün 3 milyon 100 min avro, ikinci fazası üçün 1 milyon 800 min avro, ümumilikdə isə 4 milyon 900 min avro büdcə ayrılıb.
O, həmçinin bildirib ki, ANAMA-nın fəaliyyəti ərazində şəxsi heyət arasında itkilər olub, lakin bu cür hallar qaçılmazıdır. Onun sözlərinə görə, ANAMA-nın itkiləri bu sahədə fəaliyyət göstərən digər təşkilatlara nisbətən çox cüzi səviyyədədir.
A.Şərifov əlavə edib ki, ANAMA tərəfindən digər ölkələrlə də çox sıx və səmərəli əməkdaşlıq qurulub, mina təhlükəsizliyinə dair maarifləndirmə işləri görülüb.
Vasif Həsənli
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim