Qırmızı.az
İcra Hakimiyyətindən qalmaqal xəbərinə reaksiya
Fizuli Rayon İcra Hakimiyyəti icra başçısı ilə rayon sakinləri arasında gərginlik yaranması barədə mətbuatda yayılan məlumatlara etiraz edib.
Rayon İcra Hakimiyyətindən Publika.az-a daxil olan məlumatda bildirlir ki, bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində "Füzuli rayonu İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə rayon sakinləri arasında gərginlik yaranıb" adlıheç bir fakta söykənməyən, əsasız, qərəzli və böhtan xarakterli yazı dərc olunmuşdur.
"Bildiririk ki, Füzuli rayon İcra Hakimiyyəti Aparatında başçının qəbul günləri müəyyən olunmuş qrafikə əsasən həftənin 2-ci günləri həyata keçirilir. Bundan əlavə Alı Alıyev günün istənilən vaxtı da vətəndaşları qəbul edir, səyyar qəbullar keçirir, onların problemləri ilə yerindəcə maraqlanır.
Füzuli rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu, onların təklif və müraciətlərinə baxılmasında əsas prinsip kimi qaldırılmış problemlərin yaranma səbəbləri, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir. Vətəndaşların qəbulları təkcə onların problemlərinin həllinə deyil, eyni zamanda, ölkənin inkişafına təkan verən amillərdən biridir.
Bu gün prezident cənab İlham Əliyevin ardıcıl diqqət və qayğısı ilə Azərbaycanın hər yerində olduğu kimi Füzuli rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Azərbaycanın hər guşəsi kimi Horadiz də sürətlə inkişaf edir, yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, müasir dizaynda yeni parklar, bağlar salınır, magistral yollarda və şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun istinad divarları hörülür, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılır.
Görülən işlərin hamısını kiçik bir yazıda sadalamaq qeyri-mümkündür. Amma sağlam düşüncəli insan üçün bu yazı da kifayət edir ki, bütün bu işlərin insanlar üçün, vətəndaşların xoş güzəranı üçün edildiyini görsün və anlasın.
Bununla belə, bir daha nəzərə çatdırmaq istəyirik ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da ardıcılıqla aparılır. Bütün bunlar sakinlərin rahatlığı üçün edilir. Hər bir füzulili bu işlərlə fəxr edib qürur hissi keçirir. Yazı müəllifləri və onların arxasında duranlar isə bu məlum həqiqətə kölgə salmağa, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırırlar.
Sonda bir daha bildiririk ki, vətəndaşların qəbulu, onları narahat edən məsələlər Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən bundan sonra da qətiyyətlə həll olunacaq".
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi