Qırmızı.az
Betonqarışdıran maşın aşdı
Ötən gün Bakı Dairəvi yolun Lökbatan qəsəbəsinə
gedən istiqamətində betonqarışdıran maşının iştirakı ilə avtomobil
qəzası baş verib.
ANS TV-nin məlumatına görə, qəza zamanı Rasim
Quliyevin idarə etdiyi yük maşını əvvəlcə yoldan çıxaraq
arakəsmələrə çırpılıb. Bundan sonra isə avtomobil aşaraq qarşı yola
keçib. Hadisə anında qarşı yoldan nəqliyyat vasitələrinin gəlməməsi
isə qəzanın daha geniş miqyas almasına imkan
verməyib.
Hadisədən sonra təxminən 50 metrə yaxın yolayrıcı
dəmir arakəsmələr qırılaraq yararsız vəziyyətə düşüb. Qəzanı
törədən sürücü isə hadisənin maşında baş verən texniki nasazlıq
səbəbindən yarandığını bildirdi.
Yük maşınının sürücüsü Rasim Quliyev deyir ki,
qəfildən maşının əyləci tutmadı.
Qəza ilə bağlı Qaradağ Rayon Dövlət Yol Polis
şöbəsinini əməkdaşları tərəfindən araşdırma başlanılıb. Hadisənin
baş vermə səbəblərini isə təyin ediləcək ekspertizalar müəyyən
edəcək.
Qəzadan sonra Bakı Dairəvi yolundan üzü Yasamal
rayonu ərazisinə doğru hərəkət istiqamətində bir müddət
avtomaşınların sıxlığı da müşahidə olunub. Ərazidə olan yol
polislərinin müdaxiləsindən sonra isə avtomobillərin hərəkətini
qaydaya salmaq mümkün olub.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək