Qırmızı.az
Xırdalanda saxta Şollar suyu satılırmış
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi, 8-ci km ünvanında fəaliyyət göstərən fiziki şəxs Həsənli Ravil Elxan oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan qablaşdırılmış sular istehsal edildiyi müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, fiziki şəxs R.Həsənli tərəfindən 19 litrlik plastik qablara doldurulmuş suların müvafiq texnoloji sənəd olmadan istehsal edildiyi, mənşəyi məlum olmayan həmin suların üzərində onun guya Xaçmaz rayonu, Xudat şəhəri, Şollar kəndindən gətirilmiş bulaq suyu olduğu barədə yanlış məlumatlar verildiyi aşkarlanıb.
Eyni zamanda, məhsulun etiketində saxlanma müddəti heç bir normativ sənədə əsaslanmadan 3 ay göstərilib.
Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən fiziki şəxs R.Həsənli barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO