20 yaşlı gənc dənizdə boğuldu
Bizi izləyin

Qırmızı.az

20 yaşlı gənc dənizdə boğuldu

Bu gecə Dənizkənarı Milli Parkda 20 yaşlı oğlan bədbəxt hadisənin qurbanı olub.

Əsgər yoldaşları ilə bulvar ərazisinə gəzintiyə gələn 20 yaşlı Masallı rayon sakini Cahangirov Xəyal Namiq oğlu dostları ilə əyləndikdən sonra təbii ehtiyacını ödəmək qərarına gəlib. Bu məqsədlə dəmir arakəsmələrdən dəniz qırağına keçən gənc daha sonra müvazinətini itirərək dənizə düşüb.

Dostları Xəyal Cahangirova köməklik etmək istəsələr də, onu sudan çıxara bilməyiblər. Daha sonra əraziyə Səbail rayon polis idarəsinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin dövlət sularında xilasetmə xidmətinin katerləri və canlı qüvvəsi cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm