Qırmızı.az
Ermənilər Xədicə İsmayılovanı dəstəklədi
Bir neçə gün öncə diplomatik xidmət orqanlarının rəhbərləri ilə keçirilən görüşün beşinci günündə Prezident İlham Əliyev xatırlatdı ki, Avropa Şurasında aktiv antiazərbaycan qruplaşması fəaliyyət göstərir və bu qruplaşmanın arxasında erməni lobbisi durur. "Sizə məlumdur ki, erməni lobbisinin əsas hədəfi Azərbaycandır. Bütün qüvvələri toplayaraq onlar Azərbaycanı vurmağa çalışırlar. Onların nümayəndələri, şübhəsiz ki, mediada, xarici ölkələrdə, ictimai təşkilatlarda var. Onlar artıq möhkəm kök buraxaraq, hər imkan yarandıqca, Azərbaycana qara yaxmağa çalışırlar. Bununla da, guya, Azərbaycana bir neçə tərəfdən zərbələr endirəcəklərini düşünürlər", - deyə Prezident bildirib.
Lakin Prezidentin çıxışı başqa səmtdə yozulub. Müxalifət adəti üzrə hakimiyyəti tənqid edərək, siyasi azadlıqların pozulduğunu iddia edib. Lakin bir neçə gün öncə AŞPA qətnamə layihəsi təqdim edib. Sənəddəki göstəricilər prezidentin sözlərinin növbəti təsdiqidir. 13570 nömrəli sənəd Azərbaycan hakimiyyətini ölkədə baş qaldıran korrupsiya ilə bağlı məqalə yazan araşdırmaçı jurnalistlərə qarşı təzyiqləri dayandırmağı tələb edir. Hər şey bir yana, marağı cəlb edən əsas məsələ ondan ibarətdir ki, bu sənədi hazırlayan Azərbaycan jurnalistləri və hüquq müdafiəçiləri deyil, erməni parlamentariləri Arpine Ovannisyan və Levon Zurabyandır. Layihənin əsas təşəbbüskarı isə Azərbaycanın əsas tənqidçisi olan Andreas Qrossdur. Sənəddə həmçinin jurnalist Xədicə İsmayılovanın və bir neçə onlayn media saytlarının adı çəkilir. Sevindirici hal isə ondan ibarətdir ki, bu sənəd AŞPA-da müzakirə olunmayacaq. Beləliklə, bu sənəd olduğu kimi - sadəcə, erməni lobbisinin təxəyyülünün məhsulu olaraq qalacaq.
Teleqraf.com
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?