Binəqədini Xırdalanla birləşdirən küçə hissə-hissə bağlanacaq
Bizi izləyin

Qırmızı.az

Binəqədini Xırdalanla birləşdirən küçə hissə-hissə bağlanacaq

Bərpa işləri ilə bağlı Binəqədi qəsəbəsini Xırdalan qəsəbəsi ilə birləşdirən 4-cü Qapı küçəsi hissə-hissə bağlanacaq.


Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-dən Publika.az-a bildirib ki, işlərin mərhələli şəkildə aparılması nəzərdə tutulan küçədə iyulun 11-i gecə saat 10-11 radələrində dəmiryol körpüsünün yaxınlığında yerləşən "Dörd yol"adlanan ərazidən Binəqədi qəsəbəsi istiqamətinə 1,5km hissədə nəqliyyatın hərəkəti tam dayandırılacaq.


Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm