Hadı Rəcəbli: “Sosial sahədə görülən işlər xalqın rifahına hesablanıb”
Bizi izləyin

Qırmızı.az

Hadı Rəcəbli: “Sosial sahədə görülən işlər xalqın rifahına hesablanıb”

"Bu ilin ilk 6 ayı ərzində yoxsulluğun aşağı salınması, müharibə və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması və tibbi-sosial sahədə əldə olunan naliyyətlər ölkədə sosial siyasət sahəsində aparılan siyasətin uğurlu nəticəsidir". Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, işsizliyin aradan qaldırılması üçün bu ilin altı ayında 65 min yeni iş yeri açılıb ki, onlardan 52 mini daimi iş yeridir. Bu sahədə həyata keçirilən müvafiq proqramlar əsasında daimi iş yerlərinin sayı 1 milyondan çoxdur.

“Bu ilin ilk yarısında respublika üzrə orta hesabla 128 min ailənin 560 min nəfər üzvünə ünvanlı sosial yardım verilib ki, bunların da maliyyələşdirilməsinə 107 milyon manat xərclənib. Sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənilməsi üçün ümumilikdə dövlət büdcəsindən təxminən 146 milyon manat vəsait xərclənib. Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manata, II qrup üçün 130 manata, III qrup üçün 100 manata çatdırılıb, Böyük Vətən müharibəsi iştirakçılarına təyin edilən Prezident təqaüdünün məbləği isə 100 manata qaldırılıb”.

H.Rəcəbli bildirib ki, sosial siyasət sahəsində əldə olunan naliyyətləri yüksək qiymətləndirir. Bu işlər Azərbaycanın inqilabi inkişafının detalları, onun bir hissəsidir:

“Bundan sonra görüləcək işləri də prezident müəyyənləşdirir, proqramlar qəbul edir. Müvafiq sturukturlar qoyulan istiqamət üzrə işləyir. Bütün bu addımlar sistemli, ardıcıl sürətdə həyata keçirilir və Azərbaycan xalqının rifahına hesablanıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm