Qırmızı.az
Tibb bacılarına maşınını yuduzduran baş həkim danışdı
“Bəli, o maşın mənimdir. Onu kiminsə yumasında qəbahətli heç nə yoxdur. Maşını yuyan xanımlar da tibb bacısı deyil, həmin xəstəxanada çalışan xadimələrdir”.
Bu sözləri “Axar.az”a açıqlamasında fotodakı 90 KT 887 dövlət nömrə nişanlı "Toyota" markalı maşının sahibi olan Xətai rayonundakı 9 saylı Uşaq Poliklinikasının Baş həkimi Aida Qurban qızı Hüseynzadə dedi. O bildirdi ki, fotodakı xadimələr öz istəkləri ilə maşını yuyurlar:
“Onlar maşını öz arzuları ilə yuyurlar. Adları Nizar və Rozadır. Burda nə var ki?” Baş həkim onu da dedi ki, fotodakı oğlan onun sürücüsü deyil:
“Mənim sürücüm yoxdur. Yaxşı sürücü olsa, götürərəm. Onu da deyim ki, özüm könüllü olaraq bir çox xeyriyyə tədbirlərində iştirak etmişəm. Həm də Yeni Azərbaycan Partiyasının Şura üzvü və YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvüyəm. Bu məsələni bu qədər şişirtməkləri anlaya bilmirəm”.
Xatırladaq ki, gördüyünüz fotoşəkil sosial mediada böyük marağa səbəb olub. Sosial şəbəkədə əməkhaqlarının azlığından şikayətlənən tibb bacılarına Baş həkimin maşınını yuduzdurmaqla əlavə pul verməsi məsələsi müzakirə olunur.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək