Qırmızı.az
MTRŞ ATV, “Lider”ə xəbərdarlıq etdi, ANS-i cərimələdi
MTRŞ ATV, “Lider”ə xəbərdarlıq etdi, ANS-i cərimələdi Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
MTRŞ-nın mətbuzt xidmətindən Publika.Az-a verilən məlumata görə, iclasda “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”, “ANS Müstəqil Yayım və Media Şirkəti”, “Lider TV və Radio Azərbaycan” MMC tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.
İclasda “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.7, 35.11-ci maddələrinin tələblərini pozduğuna görə “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinin tələblərini pozduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan edilib.
Həmçinin “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.5, 35.11-ci maddələrini, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.2, 2.4, 2.8-ci bəndlərinin tələblərini pozduğuna görə “ANS Müstəqil Yayım və Media Şirkəti” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.1-ci, 187-1.0.4-cü maddələrinin tələbinə uyğun olaraq 1000 (min) manat məbləğində cərimə edilib.
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”