Türkiyə yenə silkələndi
Bizi izləyin

Qırmızı.az

Türkiyə yenə silkələndi

Türkiyənin İzmir şəhərində yenə zəlzələ qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, Bakı vaxtı ilə 00:45-01:30 radələri ərzində İzmirin Urla rayonunda üç dəfə yeraltı təkan olub.

Saat 00:45-də 2,4 bal, 00:51-də 2,3 bal, 01:30-da isə 2,6 bal gücündə zəlzələ baş verib. Təkanlar izmirin mərkəz hissələrində hiss edilib.

Hadisə nəticəsində dağıntılar qeydə alınmayıb.

Xatırladaq ki, ötən gün səhər saatlarında da İzmirin Urla rayonunda zəlzələ qeydə alınmış, zəlzələnin gücü 4,0 bal olmuşdu. Son bir neçə həftədir ki, Egey bölgəsində seysmik fəallıq nəzərə çarpır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm