Ombudsman girovlara görə məktub göndərdi
Bizi izləyin

Qırmızı.az

Ombudsman girovlara görə məktub göndərdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən azərbaycanlıların girov götürülməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbərliyinə məktub göndərib.

Bu barədə ANS PRESS-ə Ombudsman Aparatından məlumat veriblər. Məktubda Kəlbəcər rayonu ərazisində azərbacanlı mülki şəxslərin ermənilər tərəfindən girov götürülməsi və onlara müxtəlif ağır işgəncələrin verilməsindən narahatlıq ifadə olunub:

“Ermənistan qoşulduğu paktların və Cenevrə Konvensiyasının müddəalarını pozur. Çünki girov götürülən insanların hüquqları bu konvensiyanın müddəaları ilə qorunur. Girovlarla davranışlar həmin beynəlxalq hüquqi aktlara uyğun olmalıdır. Girov götürülən insanlar BQXK-nin mandatları çərçivəsində tez müddətdə Azərbaycan tərəfinə qaytarılmalıdır. BQXK azərbaycanlıların girovluqda olduqları dövrdə işgəncə və ləyaqətlərini alçaldan hərəkətlərə məruz qalmamalarına yardımçı olmalıdır. Eyni zamanda onların beynəlxalq müstəvidə tanınan insan hüquqlarının qorunmasına kömək etməlidirlər. Bütün bunlar məktubda öz əksini tapıb. Müvəkkil bu məsələsini diqqət mərkəzində saxlayır. Bu məktubu Ombudsman Elmira Süleymanova özü şəxsən BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərinə ünvanlayıb”.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm