Azərbaycanda qadınların döyüb öldürdüyü kişilərin sayı - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda qadınların döyüb öldürdüyü kişilərin sayı - AÇIQLAMA

“Kişi kimi yaşamışıq, kişi kimi öləcəyik!” şüarı keçmişdə qaldı

İndi qadınlarla bərabər əks cinsin nümayəndələri də ailədaxili zorakılığa məruz qalırlar.

Ailədəki təzyiqlərə və söz-söhbətlərə dözə bilməyib intihar edənlər də az deyil. Belə ki, son ilin statistikası bunu deməyə əsas verir.

“Ötən il ailə zorakılığı nəticəsində 137 kişi, 114 qadın intihar edib”

Milli.Az bildirir ki, bunu Modern.az-a açıqlamasında “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. “Cəmiyyətimizdə kişinin zorakılığa məruz qalması nadir haldır. Amma etiraf etmək lazımdır ki, hərdən kişilər də qadınlar tərəfindən zorakılığa məruz qalır”.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, ötən il ərzində 3 kişi həyat yoldaşı tərəfindən öldürülüb. “Mingəçevirli hamilə qadın uzun müddət həyat yoldaşı tərəfindən zorakılğa məruz qalaraq döyülmüşdü. Son nəticədə qadın özünü müdafiə edərkən ərini öldürüb. Amma müqayisə aparılarsa görərik ki, qadınlar kişilərdən daha çox zorakılığa məruz qalır. Belə ki, ötən il məişət zorakılıq zəminində 93 nəfər qadın əks-cins tərəfindən öldürülüb. Zorakılıq nəticəsində ölümdən dönənlərin sayı isə 56 nəfər olub”.

Məişət zorakılığının qurbanı olanlar arasında kişilər də var. Belə ki, 51 nəfər kişi zorakılığın qurbanı olaraq öldürülüblər. Bu və ya müxtəlif səbəblərdən 36 nəfər xəsarət alaraq sağ qalıblar.

Ailədə baş verən xoşagəlməz hadisələr uşaqlardan da yan keçməyib. Zorakılığa məruz qalan 10 uşaq dünyasını dəyişib. Ailədə baş verən xoşagəlməz hadisələr nəticəsində 3 uşaq yaralanıb.

Söz-söhbətlərə dözə bilməyib son çarəni intiharda görənlərin də sayı az olmayıb. Ailədaxili zorakılıq nəticəsində 34 qadın intihara cəhd, 114 qadın isə intihar edib. Statistik rəqəmlərə görə, intihara cəhd kişilərin sayı isə daha çox olub. Əks cinsin nümayəndələrindən 22 nəfər intihara cəhd, 137 nəfər isə intihar nəticəsində dünyasını dəyişib.

“Sağlam Toplum” İB-nin apardığı bir araşdırmaya görə, ölkədə kişilərin 2,1 faizi tez-tez, 1,2 faizi hərdənbir xanımları tərəfindən fiziki zorakılığa məruz qalır. Kişilər ümumiyyətlə, daha çox mənəvi zorakılığa məruz qalır.

Təşkilatın məlumatına görə, kişilərin 69 faizi, qadınların 73,2 faizi həyat yoldaşlarına təhqir, lağ etmə, kobud davranma kimi mənəvi zorakılıq göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm