Qırmızı.az
“Dənizdə boğulanların əksəriyyəti uşaqlardır” - Rəsmi
Bakıda son 54 gün ərzində 41 nəfərin suda boğulması ilə bağlı təcili tibbi yardıma müraciət daxil olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının
(BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira
Vahidovanın AzNews.az-a verdiyi məlumata görə, müraciət edənlərdən
20 nəfəri dünyasını dəyişib, 18-i xəstəxanaya çatdırılıb, 3-nə isə
yerindəcə yardım göstərilib.
Z. Vahidova bildirib ki, mayın 19-dan bu günədək Fövqəladə Hallar
Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) və
stansiyanın əməkdaşları ilə birgə Bakının 15 çimərliyində hər gün
saat 9:00-dan 21:00-dək vətəndaşların təhlükəsizliyi üçün xidmət
göstərilir. Təcili Tibbi Yardım Stansiyasının həkim briqadaları
çimərliklərdə növbədə olur.
Həkim ötən ilin eyni dövrü ilə müqayisədə bu il suda boğulma ilə
bağlı təcili yardıma müraciət edənlərin sayında çoxalma olduğunu da
qeyd edib.
O, vətəndaşlara xəbərdarlıq da edib: “Ötən illə müqayisədə
boğulanların əksəriyyəti uşaqlardır. Bu baxımdan da hər bir
valideyin uşağına dənizdə çimərkən ehtiyatlı olmağı tapşırmalı və
nəzrəti itirməməlidir. FHN-nin müvafiq tövsiyə və tələblərinə də
riayət olunmalıdır. Bir sözlə, dənizdə çimərkən qaydalara riayət
edilməlidir”.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi