Yanğın 5 hektar ərazini əhatə edib (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Yanğın 5 hektar ərazini əhatə edib (YENİLƏNİB)

Ötən gün Lerik rayonu meşə massivində baş verən yanğın davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Publika.az-a verdiyi məlumata görə, iki gündür davam edən yanğın meşə təsərrüfatının 5 hektar ərazisini əhatə edib:

“Havanın küləkli olması yanğın sahəsini genişləndirir. Ötən gün yanğın 2 hektar ərazini əhatə etmişdisə, bu gün 3 hektar artıb. Yanğın dağlıq ərazidə baş verdiyindən nazirliyin texniki vasitələri söndürülmə işlərinə cəlb edilə bilmir. Lakin iki gündür nazirliyin yerli əməkdaşları və sakinlər yanğının söndürülməsinə çalışırlar. Artıq əraziyə 1 helikopter də cəlb edilib. Yanğının qısa zamanda söndürülməsi istiqamətində iş aparılır”.

Gülxar

09:57

Lerik rayonu, Piran kəndindəmeşə yanır.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayon mərkəzindən 35 km aralıda, dağlıq meşə ərazisində baş verən yanğına FHN-nin Aviasiya Dəstəsinin bir helikopteri cəlb edilib. Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm