Qırmızı.az
Əli Abbasov: “Müasir texnologiyalar jurnalistlərin əməyini yüngülləşdirib”
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistləri təbrik edib. Publika.az-ın məlumatına görə, təbrik məktubunda jurnalistlərin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətini və ümumən ölkədə yüksək texnologiyalar sektorunda həyata keçirilən işləri peşəkarlıqla işıqlandırdığını bildirib:
Bu gün ölkəmizdə Azərbaycan milli mətbuatının yaranması günü kimi tarixə düşüb. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
Ölkəmizdə söz və məlumat azadlığının təmin edilməsi, kütləvi
informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait
yaradılması prioritet vəzifələrdən biridir.
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri
nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran
süni maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin
fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək
beynəlxalq standartlara uyğunlaşdırıldı.
Ümummilli liderin mütərəqqi siyasətini uğurla davam etdirən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
imzalanan fərman və sərəncamlarla mətbuatın maddi-texniki
bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin
azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə
çoxsaylı tədbirlər həyata keçirilib.
Hazırda ölkədə yüzlərlə mətbuat orqanı, informasiya agentliyi,
teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları
vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilib.
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 139 il keçir.
Peşə bayramı münasibəti ilə, mətbuat işçilərinin hər birini səmimi
qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.
Heç şübhəsiz ki, jurnalistlərin peşə fəaliyyəti bilavasitə müasir
informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə bağlıdır.
Ölkədə İKT sektorunda həyata keçirilən genişmiqyaslı işlər fonunda
jurnalist əməyinin müasir texnologiyalar sayəsində yüngülləşdiyini
desəm, yəqin ki, yanılmaram. Bu gün milli mətbuatımızın çoxsaylı
jurnalist üzvü operativ surətdə Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin fəaliyyətini və ümumən ölkədə yüksək texnologiyalar
sektorunda həyata keçirilən işləri peşəkarlıqla işıqlandırır və
bilavasitə informasiya cəmiyyətinin bir üzvinə çevrilir.
Əziz mətbuat işçiləri!
Göstərdiyiniz diqqətə görə hər birinizə təşəkkür edir, bir daha
səmimi qəlbdən peşə bayramınızı təbrik edir, məsuliyyətli və
şərəfli fəaliyyətinizdə yeni uğurlar arzu edirəm!
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR