Qırmızı.az
Prezident Xalq şairinin kəndinə yol çəkdirdi – Açılış (FOTO)
Ötən gün Yardımlı-Hamarkənd-Abasabad yolunun açılış mərasimi
keçirilib.
Vətəndaş Həmrəyliyi Patiyasının mətbuat xidmətindən
Publika.az-a daxil olan məlumata görə, açılış
mərasimində icra başçısı Sevindik Hətəmovla bərabər, Yardımlının
millət vəkili Sabir Rüstəmxanlı da iştirak edib.
S.Rüstəmxanlı 7 kəndi birləşdirən bu əhəmiyyətli yolun
vacibliyindən, əhali üçün mühümlüyündən danışıb.
Deputat qeyd edib ki, Yardımlının bu kəndlərində insanlar uzun
müddət yolsuzluq problemindən əziyyət çəkib və artıq yeni yolun
çəkilişi bu çətinliyi arxada qoyub.
S.Rüstəmxanlı təklif edib ki, bu yeni yol Vərgədüz, Bürzümbül və
Bilnə kəndlərindən keçməklə Lerikə qədər uzanarsa, əhalinin
yolsuzluq probleminin aradan qalxmasında və bu dağ rayonunun sosial
infrastrukturunda ciddi dönüş yaranar.
Təklif icra strukturu tərəfindən də dəstəklənib və layihənin davam
etdirilməsi üçün müraciət edilməsi barədə məsləhətləşmələrə qərar
verilib.
Xatırladaq ki, Prezident İlham Əliyev Yardımlıya səfəri zamanı Xalq
şairi Sabir Rüstəmxanlının doğulduğu kəndə yol çəkilməsi barədə
sərəncam vermişdi. Bu sərəncamdan sonra 7 kəndi birləşdirən
Yardımlı-Hamarkənd-Abasabad yolunun inşası başlanılmışdı.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ