Silahlı şəxs: “...çaşsa, götürüb yapışdıracam alnından”
Bizi izləyin

Qırmızı.az

Silahlı şəxs: “...çaşsa, götürüb yapışdıracam alnından”

40 yaşlı Əflatun Salmanovun üzərində “Makarov” tapançası aşkar edilib.

Xətai Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkum olunan Bakı şəhər sakini Ə.Salmanovun üzərindən 1 ədəd “Makarov” markalı tapança və içərisində 3 ədəd güllə olan sandıqça aşkarlanaraq istintaqa təhvil verilib.

Saxlanılan şəxs odlu silahı mütəmadi olaraq üzərində gəzdirməsini belə izah edib: “Mən elə-belə adam deyiləm. Kriminal aləmdə tanınan şəxslərlə oturub-dururam, onlarla dostluğum var. Ümumiyyətlə, “vorzakon” adamların düşməni cox olur. Dünyanın işini bilmək olmaz. Görsəm ki, biri çaşdı, götürüb yapışdıracam alnından. Mənə nə var, 3 dəfə həbsdə yatan adamam”.

Qeyd edək ki, 4-cü dəfə Ə.Salmanov barəsində cinayət işi açılıb, istintaq aparılır. Kriminalistik ekspertiza silahdan hər hansı cinayətdə istifadə edilib-edilmədiyini araşdırır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm