Musiqiçilər qəzaya düşdü: 1 ölü, 5 yaralı
Bizi izləyin

Qırmızı.az

Musiqiçilər qəzaya düşdü: 1 ölü, 5 yaralı

Tovuzun Böyük Qışlaq-Qaralar avtomobil yolunun 31-ci kilometrliyində ağır yol qəzası baş verib. Qəzada 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Sakinlərin Publika.az-a verdiyi məlumata görə, 51 yaşlı Elşən Cəfərov “VAZ 2106” markalı avtomobilləTovuz istiqamətinə hərəkət edərkən qarşıdan gələn “Opel”lə toqquşub. Zərbənin gücündən “VAZ 2106”-nın sərnişini, 48 yaşlı Cəlil İsayev yerində keçinib. Onun meyiti avtomobildə sıxılıb qaldığından hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsilə çıxarılıb.

Avtomobilin sürücüsü 44 yaşlı Yavər İsayev, Namiq Murquzov, sürücüsü hələlik məlum olmayan “Opel ” markalı avtomibldə olan 3 nəfər – sürücü, 36 yaşlı Şahlar Mustafayev və 14 yaşlı Əli Abdullayev Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, istirahətdən qayıdan “VAZ 2106” markalı avtomaşındakı sərnişinlərin hamısı Tovuzun yerli musiqiçiləridir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm