İcra Hakimiyyətindən ticarət obyektlərinin sökülməsi xəbərinə CAVAB
Bizi izləyin

Qırmızı.az

İcra Hakimiyyətindən ticarət obyektlərinin sökülməsi xəbərinə CAVAB

“20 Yanvar” metro stansiyasının keçidində yerləşən ticarət köşklərinin sökülməsi ilə bağlı bizə göstəriş verilməyib. Belə göstəriş olduğu halda, onların sökülməsi həyata keçirilə bilər”.

Bunu Publika.az-a Şəhər İcra hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyib.

Onun sözlərinə görə, əvvəl köçürülən obyektlərin yeri Metropoliten ərazisinə aid idi. Lakin “20 Yanvar” metro stansiyasının keçidi onun balansında deyil:

“Əvvəl digər obyektlərin sökülməsi ilə bağlı bizə göstəriş verilmişdi. Ona uyğun olaraq ticarət obyektlərini müxtəlif bazarlarda yerləşdirdik. Digər obyektlər köçürülərkən adıçəkilən keçiddəki ticarət obyektlərin söküləcəyi də bildirilmişdi. Lakin dəqiq tarix açıqlanmamışdı. İndi də bununla bağlı bizə hər hansı göstəriş verilməyib. Ona görə də sökülmə barədə dəqiq məlumatım yoxdur”.

Xatırladaq ki, bu gün mətbuatda “20 Yanvar” metro stansiyasının keçidindəki ticarət obyektlərinin sökülməsi avqustun 1-dən başlanması barədə məlumat yayılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm