“Sədərək”dən oğurluq olub
Bizi izləyin

Qırmızı.az

“Sədərək”dən oğurluq olub

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzindən oğurluq edilib.

Qaradağ Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, şübhəli şəxslər artıq saxlanılıb. Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməliyyatçılarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bakı şəhər sakini 26 yaşlı Orxan Qafarov dostu 23 yaşlı Vasif Dadaşzadə ilə əlbir olub piştaxtanın üzərindən 2 ədəd avtomobil diski oğurlayıblar.

Onların digər cinayətlərdə iştirakı araşdırılır. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm