Qırmızı.az
Əlibəyli gülləbaranının səbəbi bilindi: 3 erməni məhv edildi
Dünən gecə, saat 20:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində iriçaplı silahlardan istifadə edərək şiddətli atəş açmalarının səbəbi bəlli olub.
Axar.az-a sızan məlumata görə, ermənilərin məqsədi Ağdam istiqamətində cəbhə xəttini keçmək istəyən kəşfiyyat-diversiya qrupuna imkan yaratmaq, bir növ, Azərbaycan Silahlı Qüvvələrinin diqqətini Əlibəyli istiqamətinə cəlb etməklə, Ağdam istiqamətindən yayındırmaq olub.
Amma əməliyyat uğurlu alınmayıb. Azərbaycan Ordusu Ağdam istiqamətində cəbhə xəttini keçmək istəyən erməni diversiya qrupunu pusquya salıb və onlardan bir neçəsini məhv edib. Zərərsizləşdirilənlərin adı məlum olmasa da, öldürülən erməni diversantlarının sayının 3 olduğu bildirilir. Öldürülənlərdən ikisi yüksək rütbəli zabitdir.
Məlumata görə, məhz bundan sonra ermənilər Əlibəyli istiqamətində iriçaplı silahlardan istifadə etməklə, daha intensiv atəşə başlayıblar. Evlərin və mülki şəxslərin hədəf seçilməsi isə Ağdam istiqamətində pusquya düşən diversiya qrupunu xilas etməyə yönəlib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də erməni hərbi birləşmələrinin dünənki hücum zamanı itkilər verdiyini təsdiqləyib, ancaq bununla bağlı təfərrüat açıqlanmayıb.
Ermənistan Müdafiə Nazirliyi isə mediaya açıqlamasında itki verdiklərini gizlədib.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi