Azərbaycanlı merin qatillərinin avtomobili tapıldı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı merin qatillərinin avtomobili tapıldı

Kremençuk şəhərinin Azərbaycan əsilli meri Oleq Babayevin qatillərinin avtomobilini tapıblar.

Axar.az-ın Ukrayna mediasına istinadən xəbərinə görə, cinayətkarlara məxsus ağ rəngli VAZ 09 avtomobili Poltava vilayəti sərhədində tapılıb.

Qeyd edək ki, əməliyyatı aparan milis əməkdaşları Babayevin qətlinin səbəbləri barədə hər hansı məlumat vermək istəməyiblər. Onlar bunu istintaq sirri ilə izah ediblər.

"Kremençukski teleqraf" qəzetinin baş redaktoru Oleq Bulaşev bildirib ki, meri onun peşəkar siyasi fəaliyyəti səbəbindən qətlə yetiriblər. Onun sözlərinə görə, Donbasdakı gərginlik fonunda bəzi maraqlı dairələr Poltava vilayətində də qarşıdurmalar yaratmaq niyyətində olublar. Baş redaktor Babayevin öldürülməsinin üç mümkün versiyasını diqqətə çatdırıb: birinci, uğurlu fəaliyyəti ilə Babayevin yaxın vaxtlarda qubernator təyinatı gündəmə gəlibmiş; ikincisi, onu sevməyənlər olub; nəhayət, üçüncü, həmin bölgədə qarşıdurmalar yaratmaq.

Hazırda müstəntiqlər məhz bu üç versiya üzərində istintaq-əməliyyat işləri aparır. Vurğulanır ki, Babyevin dəfn yerini hazırda Kursk vilayətindən yola düşmüş valideynləri qərar verəcək. Xatırladaq ki, qətl hadisəsi 26 iyul səhər saatlarında baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm